Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Aşıq Ələsgər haqda kitabdakı saxtakarlığın ifşası aranı qatdı

Aşıq Ələsgər haqda kitabdakı saxtakarlığın ifşası aranı qatdı

Aşıqlar Birliyinin sədri: “Nəzir Əhmədlidən soruşdum ki, sən Ermənistan Milli Arxivinə necə, nə cür giribsən?”

Ermənistan Milli Arxivinə istinadən ötən ilin yayında Bakıda çap olunan “Haqq-nahaq seçilər haqq divanında” kitabındakı iddialar aranı qarışdırıb. Çap məhsulunda Azərbaycanın tanınmış aşıqları – Aşıq Ələsgər və digərlərinin doğum tarixlərini saxtalaşdırmaqla aşıqlar bir neçə 10 il cavanlaşdırılır.

Bu “cavanlaşdırmanın” üzərindən ümumilikdə Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulur. Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik “faktlar” ortaya atılır. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir. Ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. Kitabdakı saxtakarlıqları ifşa edən sənəd iki gün öncə Qərbi Azərbaycan kökənli ziyalıların düzənlədiyi, doğma yurdlarından deportasiya olunmalarının 30 illiyi ilə bağlı “Yurd həsrəti” adlı tədbirdə nümayiş olunub. Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi təqdim edərək bildirib ki, sənədə əsasən, Aşıq Ələsgər iddia edildiyi kimi, 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi, 1821-ci ildə dünyaya gəlib.

Bu haqda “Yeni Müsavat”da “Aşıq Ələsgər haqda kitabdakı saxtakarlıqlara qarşı sənəd ortaya qoyuldu – FOTOFAKT”  sərlövhəli yazının dərcindən sonra Nəzir Əhmədli özünün facebook divarında status yazmaqla münasibət bildirib. Həmin statusu təqdim edirik:

e2d711e2-f373-4e54-903f-fd9c9eb5a4a1.jpg (75 KB)

“Dost-tanış deyirdi, deyəsən, səsləri kəsilib, sən demə latargeya yuxusuna gedib qüvvə toplayırmışlar.

İndi də Sabutay Hacıyev adlı bir nəfər qaragüruhçunun ilhamvericisi rolunda irəli çıxıb. Hələ ötən yay guya Rusiya Dövlət Arxivinə istinadən yazmışdı ki, 1879-cu ildə Rusiyada keçirilən ümumi siyahıyaalmaya görə müəyyən edib ki, həmin il Ələsgərin 58, arvadı Anaxanımın 50 yaşı olubmuş…

S.Hacıyevin təqdim etdiyi düzməcə sənəd haqqında aşağıdakıları bildirmək istəyirəm:

1.S.Hacıyev keçən dəfə yazmışdı ki, Rusiyada ilk siyahıyaalma 1879-cu ildə keçirilib. Sonradan hansısa məlumatlı adam ona başa salıb ki, həmin siyahıyaalma 1897-ci ildə keçirilib. İndi həmin səhvini etiraf etsə, Ələsgərlə Anaxanıma düzəltdiyi 58 və 50 rəqəmləri alt-üst olar, ona görə yenə həmin rəqəmi təkrar edir və düzəltdiyi sənəddə göstərir ki, siyahıyaalmanın nəticələri 1897-ci ildə çap edilib. S.Hacıyev bir şeyi nəzərə almır ki, vikipediyadan 1 dəqiqə ərzində hər cür məlumatı dəqiqləşdirmək olur. Həqiqət isə budur ki, siyahıyaalma 1897-ci ildə keçirilib, onun nəticələri isə 1899-1905-ci illərdə çap olunub. Cəmi 89 cild və 119 kitab!

815e2396-e45b-46c6-98f8-db7958b00151.jpg (32 KB)

– Arxiv işindən tamamilə bixəbər olan S.Hacıyev bilmir ki, 1917-ci il inqilabına qədər olan sənədlər Rusiya Dövlət Arxivində yox, Rusiya Dövlət Tarix Arxivində saxlanılır. Rusiya  Dövlət Arxivi S.Hacıyevin guya müraciət etdiyi arxiv Moskva şəhərində, Rusiya Dövlət Tarix Arxivi isə S.Peterburq şəhərindədir və o da oraya müraciət etməli idi.

– Aşığın nəvəsi və bioqrafı İ.Ələsgər dəfələrlə Aşıq Ələsgərin 41 yaşında evləndiyini və Anaxanımın o vaxt 25 yaşında olduğunu yazıb, yəni İ.Ələsgərə görə Aşıq Ələsgər Anaxanımdan 16 yaş böyük idi. S.Hacıyev isə Ələsgəri Anaxanımdan cəmi 8 yaş böyük göstərməklə, İslam Ələsgəri yalanlayır.

– 1897-ci ilin siyahıyaalmasında adamların adı yoxdur, ancaq yaşayış məntəqələri üzrə sayı və başqa statistik göstəricilərdir və həmin sənədlərdə guya Ələsgərlə Anaxanımın adlarının olduğunu iddia etmək camaatı ələ salmaq və fırıldaqçılıqdır.

– Bir şeyi başa düşmürəm ki, Ələsgərin 1852-ci ildə doğulduğunu həzm edə bilməyənlər niyə kədərlənirmiş və indi də S.Hacıyevin düzməcəsindən nəyə görə toy-bayram edirlər? Doğum tarixinin dəqiqləşdirilməsi, məncə, adi bir işdir və ağlamalı bir səbəbi yoxdur.

– Qaragüruh nəzərə alsın ki, onların bu cür məntiqsizliyi, təhqiramiz hərəkətləri beynimdə ideya şəklində mövcud olan başqa bir kitabımı yazmağa məni vadar edir. Həmin kitabın mövzusu indiyə qədərki polemikalar, qaragüruhun törətdikləri mənasiz hərəkətlər olacaq və bu cür əməllərindən əl çəkib özlərini daha da bataqlığa sürükləməsinlər…”

N.Əhmədli həmçinin yazır ki, belə şeylərə ayırmağa vaxtı yoxdur, çünki AMEA-nın Tarix İnstitutunda müəllifi olduğu 5 cildlik “İrəvan əyalətinin kameral təsviri” kitabı, paralel olaraq “Qazax qəzasının Kameral təsviri” kitabı da çapa hazırlanır: “Qaragüruh mənə mane olmağı özünün başlıca məqsədi sayırsa, əmin olsunlar ki, istədikləri ürəklərində qalacaq. Necə ki, onların ideya rəhbəri E.İsmayılın da imzaladığı və DTK-ya göndərdikləri donos nəticəsiz qaldı… Mən dərələyəzli Aşıq Cəlilin də doğum tarixini müəyyənləşdirdim. Məlum oldu ki, o, indiyə qədər yazıldığı kimi, 1850-ci ildə yox, 1868-ci ildə doğulub, bu il 150 yaşı tamam olur və onun 150 illiyi də qeyd ediləcək. Başqa aşıqlar haqqındakı tədqiqatlarım da davam edir”.

N.Əhmədli bu statusu ilə yanaşı onun Ermənistan Milli Arxivinə istinadla ortaya atdığı iddiaları alt-üst edən sənədin elan olunduğu tədbirin təşkilatçılarına da hucümlar edib.

Qabil Zimistanoğlu ile ilgili görsel sonucu

O, təşkilatçılardan olan Qabil Zimistanoğlunun facebook paylaşımının altına yazıb: “S.Hacıyevin fotoşopla düzəltdiyi o cür ”donqili” kağıza doğrudan inanıb, başqalarını da inandırmağa çalışırsınız? Çox təəssüf! Gələcək kitabım üçün mənə mövzular verirsiniz!”

Q.Zimistanoğlu:

“Naxçıvanlılar demişkən, “donqili” sənədlər ermənilərin hansısa formada sənə göndərdiyi informasiyalardır. Çox hörmətli Sabutay Hacıyevin əldə etdiyi sənəd Rusiya Federasiyasının Dövlət Arxivinin rəhbərliyi tərəfindən təsdiq olunmuş hüquqi sənəddir. Sən də heç olmasa, Ermənistan Milli Arxivinin rəhbərliyinin möhür və imzası ilə təsdiqlənmiş hər hansı sənəd ortaya qoy ki, onun “mötəbərliyinə” inanaq…”

Tədbirin digər təşkilatçısı Mürvət Yusifov da mübahisəyə qoşulub:

“Nəzir Əhmədli, ümummilli çalışmalarımıza qara yaxmaqla, 4 fevralda bütün mahalları əhatə edən toplantıya böhtan atmaqla şou düzəltməyə çalışma! Bunun bədəli daha ağır olacaq. Yurdumuza laqeyd baxanları, biganə yanaşanları ictimai qınağa tuş gətirəcəyik. Necə ki, yazdığın çap məhsulları güclü ictimai təpki ilə qarşılandı… Ultimatumla, xoxla danışmağına son ver…”

“Yeni Müsavat” əməkdaşı tanınmış aşıqların həyatları, doğum tarixlərinin Ermənistan Milli Arxivinə istinadla kitablara köçürülməsinə  Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Məhərrəm Qasımlının münasibətini öyrənib.

Məhərrəm Qasımlı ile ilgili görsel sonucu

O deyib: “Nəzir Əhmədli mənim yanıma da gəlmişdi. Aşıq Ələsgərin doğum tarixi ilə bağlı danışdı, ona dedim ki, get sənədləri gətir baxaq. O gedən getdi. Bu günlərdə Rusiya Arxivindən bir başqa sənəd gətirilib. Həmin sənəddə Aşıq Ələsgərin doğum tarixi hamının bildiyi kimi qeyd olunur.  Mən Nəzir Əhmədlidən soruşdum ki, sən Ermənistan Milli Arxivinə necə, nə cür giribsən? Onun özünə də dedim ki, bu elə belə məsələ deyil. Ermənistan Milli Arxivi düşmən ölkədə yerləşirsə, sən ora necə girmisən, hansı əsasla girmisən? Onun ortaya atdığı sənədlər əsassızdır. Rusiya Dövlət Arxivindən gələn sənəd onu tam ifşa edir, iddialarının boş bir şey olduğunu ortaya qoyur. Həftəsonu ABB-nin məsələ ilə bağlı mövqeyi ifadə ediləcək”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …