Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Arvadının başını kəsənə 17 il 6 ay həbs

Arvadının başını kəsənə 17 il 6 ay həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsərək öldürməkdə təqsirli bilinən İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasına hökmü ilə İlham Süleymanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin yanvarın 26-da Nərimanov rayonunda Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanın başını kəsərək qətlə yetirib. Hadisəni törədən İlham Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub. İlham Süleymanov həyat yoldaşı ilə mütəmadi olaraq mübahisə ediblər. Sonuncu dəfə hətta qətlə yetirilən Məhəbbət Süleymanova evdən ayrılaraq bir müddət ayrı yaşayıb. Qadının telefonunda şəkil olub, 10 gün əvvəl isə anasıgilə gedərək orda qalıb. İlham Süleymanov dəfələrlə Məhəbbət Süleymanova ilə mübahisə etsə də, onlar hər dəfə barışıq əldə ediblər. Hətta İlham həyat yoldaşının istəyini yerinə yetirərək ona avtomobili də hədiyyə edib. Buna baxmayaraq İlham Məhəbbətin evə gediş-gəlişini izləmək üçün mənzilin hər otağına müşahidə kameraları da yerləşdirib. Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib .

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın