Çərşənbə , İyun 26 2019
Ana səhifə / Araşdırma / Arvadını yaraladığı deyilən məmur:“Övladımın anasına bıçaq çıxartmaram”

Arvadını yaraladığı deyilən məmur:“Övladımın anasına bıçaq çıxartmaram”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həyat yoldaşını bıçaqlaması və bu səbəbdən həbs edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bayram Mikayılov BakiPost.az-a açıqlamasında bildirib ki, onun həbs olunması haqda yayılan xəbərlər yalandır: “Bunlar mənim barəmdə şər-böhtan xarakterli məlumatlardır. Gülüncdür. Biz keçmiş xanımımla rəsmi olaraq boşanmışıq. Rəsmi olaraq 2016-ci ilin noyabr ayında Xətai Rayon Məhkəməsində boşanmışıq. Məhkəmədə əsassız iddialar qaldırdılar. Amma hazırda məhkəmə həmin iddiaları rədd edib. Hazırda Apellyasiya Məhkəməsində iş gedir. Məndən heyf çıxmaq üçün bunu edirlər. Məni hər yolla şərləmək istəyirlər. İşgüzar nüfuzuma xələl gətirmək üçün bu cür yollara əl atırlar. Yazıblar ki, həbs edilmişəm. Amma yalandır. Hazırda sizinlə də danışan Bayram Mikayılovdur. Sacədə onların məqsədi məni nüfuzdan salmaqdır”.

O, həyat yoldaşının bıçaqlanması məsələsinə də aydınlıq gətirib: “Mən cinayətkar deyiləm ki, bıçaq çıxarım. Həm də o, mənim övladımın anasıdır. Hər halda mən də azərbaycanlı qanı axırsa, heç vaxt övladımın anasına bıçaq çıxartmaram”.

Bayram Mikayılov qeyd edib ki, bunların başında keçmiş həyat yoldaşı Gülnarə Cəbrayılovanın əmisi, Laçın rayonun sabiq icra başçısı Ramiz Cəbrayılov durur: “Gülnarə Cəbrayılova bıcaqlanmayıb. Xəstəxanada belə deyil”.

Həmçinin oxuyun

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. Paytaxt sakinlərinin …

Bir cavab yazın