Bakıda sərxoş kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb.
“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdü Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyevanın evinə gedərək həyat yoldaşı, 51 yaşlı Qönçə Umudova ilə mübahisə edib. O, mətbəx bıçağı ilə Q.Umudovaya iki, qızı – 22 yaşlı Aytac Rəhimliyə bir bıçaq zərbəsi vurub. Daha sonra həmin şəxs qaçaraq evdən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cinayət əməlini törədən Ə.Rəhimovu saxlayıblar.