Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Arvadını və qayınanasını döydü, hadisə yerindən başqasının avtomobili ilə qaçdı

Arvadını və qayınanasını döydü, hadisə yerindən başqasının avtomobili ilə qaçdı

Gəncədə arvadını və qayınanasını döyüb hadisə yerindən başqasının avtomobili ilə qaçan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb və gedib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın