Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Arvadını öldürən və “İŞİD”də döyüşənin – Telefon qalmaqalı

Arvadını öldürən və “İŞİD”də döyüşənin – Telefon qalmaqalı

Novruz bayramı ərəfəsində həbsdə olan yaxınları ilə görüşən şəxslərdən bir neçəsinin üzərində qadağan olunmuş əşyalar aşkarlanıb.

“Qafqazinfo”nun Penitensiar Xidmətə istinadən verdiyi xəbərə görə, onlardan biri xəyanət edən arvadını öldürən Ramil Qurbanovdur. R.Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onunla görüşə gələn anası, Ağstafa rayon sakini Şəhla Qurbanovanın əl çantasından içərisində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı naqil və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Məlumata görə, R.Qurbanov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib və onu izləyib. Bu zaman arvadının başqa bir kişi ilə münasibətdə olduğunu  görüb. Buna görə həyat yoldaşı ilə mübahisə edən Ramin Qurbanov onu öldürərək polisə təslim olub.

Digər oxşar hadisə isə “İŞİD”in tərkibində döyüşdüyü üçün 14 il cəza alan Mehman Balakişiyevlə bağlı olub. Onun anası Tərgül Balakişiyev oğlunun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinə gələrək onunla görüşmək istəyib. T.Balakişiyevanın cibindən içərisində danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak edib.Suriyadan Türkiyəyə gələrkən həbs olunub və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib. M. Balakişiyev 2013-cü ilin oktyabrında Suriyaya gedərək 7 ay döyüşlərdə iştirak edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın