Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Arvadını başqasıyla görüb 10 bıçaq vuran: – “Dedi “sənlik deyil”…”

Arvadını başqasıyla görüb 10 bıçaq vuran: – “Dedi “sənlik deyil”…”

Qısqanclıq zəminində arvadına 10 bıçaq vuraraq öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 29-a təyin edilib.

Qeyd edək ki, qətl ötən il mart ayının 24-də ”Qanlıgöl” ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ə.Quliyev könüllü polisə gələrək, istintaqa təslim olub.

O, ilkin ifadəsində qeyd edib ki, həyat yoldaşını yad kişi ilə görüb: “Dedim yanındakı kimdir? Dedi “sənlik deyil get işinlə məşğul ol”. Bu sözlərə dözə bilmədim bıçaqla onun bədəninin müxtəlif yerlərinə vurdum”. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın