Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Arvadım küsüb qardaşıgilə getmişdi, əsəbiləşdim…”

“Arvadım küsüb qardaşıgilə getmişdi, əsəbiləşdim…”

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını bıçaqlamaqda təqsirləndirilən Sadiq Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, S.Məmmədzadə 2017-ci il yanvarın 22-də Masazır qəsəbəsində yerləşən “Qurtuluş” yaşayış kompleksinə gedərək qaynı Asəf Həsənovla görüşüb. Söhbət zamanı mübahisə düşüb və S.Məmmədzadə bıçaqla A.Həsənova 4 zərbə vurub.

Təqsirləndirilən Sadiq Məmmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb: “Mən yoldaşımla Ağcabədidə yaşayırdım. O, küsüb qardaşıgilə gəlmişdi. Mən də uşaqlarımı görmək üçün onlara getdim. Asəflə görüşüb söhbət etdik, amma o söyüş söydü, mən də əsəbiləşib vurdum”.

Zərərçəkən Asəf Həsənov məhkəmədəki ifadəsi zamanı bacısına və onun 2 uşağına baxdığını deyib: “Sadiqlə bacım Günay rəsmi olaraq hələ boşanmayıblar. Amma məhkəməyə müraciət edilib, aliment kəsilib. Qərarda yazılıb ki, Sadiq 2200 manat alimenti ödəyəndən sonra həftənin şənbə və bazar günləri mənim icazəmlə 1 saat uşaqlarla görüşə bilər. Hadisə baş verən gün mən evdə yatmışdım, oyanıb gördüm Sadiq bizdədi. Əsəbiləşdim, dedim bunun bizdə nə işi var? Anam dedi, dəymə, uşaqlarını görməyə gəlib. Heç nə demədim. Sonra birlikdə evdən çıxdıq, Sadiq həyətdə mənə dedi ki, barışmaq, ailəmi bir yerə yığmaq istəyirəm. Dedim sənin oğlunun müalicəsinə 4500 manat xərc çəkmişəm. Gətir 2200 manat alimenti ver, istəyirsən 1 ay görüş. Dayanacağa çatdıq, mən taksiyə minəndə Sadiq arxadan “var-yoxuna lənət, səndən qisasımı alacam” dedi. Mən də “var-yoxuna lənət, get nə bilirsən et” dedim. Bu vaxt üstümə cumub məni bıçaqla vurdu. Dayanacaqdakı adamlar məni xəstəxanaya apardılar, həkimlər sağ böyrəyimi götürdülər”.

A.Həsənov deyib ki, “Bağçalı Evlər” MTK-da mühafizəçi işləyib.

Şahid, A.Həsənovun anası Ruqiyə Məmmədova istintaqa ifadəsini təsdiq etdiyini deyib.

S.Məmmədovun həyat yoldaşı Günay Məmmədova isə hadisə zamanı işdə olduğunu deyib: “Masazır qəsəbəsindəki “Bolluq” marketdə satıcı işləyirdim. Zəng vurub dedilər ki, belə bir hadisə olub. Biz 2 ilə yaxındır Sadiqlə ayrı yaşayırdıq”.

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın