Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Arvadı dələduzluğa görə tutulan sabiq polis rəisinə ölkədən çıxış qadağası…

Arvadı dələduzluğa görə tutulan sabiq polis rəisinə ölkədən çıxış qadağası…

Sabiq polis rəisinin arvadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmədə zərərçəkmiş tərəf sabiq polis rəisi Mahir Əkbərovun məhkəməyə məcburi gətirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatəti geri götürüb. Məhkəmə də M.Əkbərovun məhkəməyə məcbiri gətirilməsi ilə bağlı qərarı ləğv edib. Ancaq M.Əkbərovun ölkədən çıxışına qadağa qüvvədə saxlanılıb.

Məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib.

Bildirək ki, L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərərçəkən kimi tanınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, vaxtı ilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş.

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın