Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Arvadı Baş nazirin evini necə yıxdı?.. – Cinayət dosyesindən

Arvadı Baş nazirin evini necə yıxdı?.. – Cinayət dosyesindən

Allah belə biabırçılıqları Azərbaycandan iraq eləsin!..

Xəbər verildiyi kimi, ötən ayın ortalarında  Malayziya polisi keçmiş baş nazir Nacib Razaq tərəfindən yol verilmiş korrupsiya və dövlət əmlakının talanması işinin istintaqı çərçivəsində onun 6 villasında axtarış aparıb.
Moderator.az-ın  “ArabNews” portalına istinadla yaydığı materialda vaxtilə yaratdığı dövlət investisiya fondundan yüz milyonlarla dollar mənimsəməkdə ittiham olunan sabiq Baş nazirin ayrıca xanımının  harın, acgöz həyat tərzindən bəhs olunur.
Məlum olur ki, Rosma Mansur öz korrupsioner ərinin siyasət zirvələrindən təpəsi aşağı yuvarlanmasına böyük bəhrə verib. Polisin Nacib Razaqın daşınmaz mülklərinə keçirdiyi  reydlər zamanı 284 qutu “Hermes” eksklüziv əl çantaları,  72 çemodan və tonlarla qızıl-zinət əşyaları müsadirə olunub.  Sadalananların hamısı Rosma Mansura məxsus olub. Hələ iş başında ikən  ölkədə
Baş nazirin xanımının fanatikcəsinə elit brendlərdən olan bahalı çantalar, qiyməti “buludlara qalxan” zinət yaşları alması haqda rəvayətlər dolaşıb.  Bütün bunların müqabilində sabiq Baş nazirin maaşı cəmi 72 min dollar olub və təbii ki, bu cür xərclərə bəs etməzdi.  Rosma Mansur hətta qiyməti, demək olar ki,  3 min dollar  olan çantalarından birini  cinayət işi üzrə ifadə verməyə gedəndə də götürməkdən çəkinməyib.
Hələ 2017-ci ildə malayziyalılar Rosmanın dəyəri 30 milyon dollar olan nadir al rəngli 22 karatlıq brilyantlarla bəzədilmiş boyunbağı aldığını eşidəndə şoka düşmüşdülər. ABŞ Ədliyyə Nazirliyinin verdiyi məlumata görə,  boyunbağının alınması Malayziya dövlət investisiya fondu tərəfindən maliyyələşdirilib…
Bundan cəmi bir il öncə Ramazan ayında Baş nazirin xanımı  nazir və nazir müavini xanımları assosiasiyasının rəhbəri kimi çıxış edərkən utanmadan malayziyalıları hər şeyə qənaət etməyə və israfçılıqdan çəkinməyə çağırıb…
Baş nazirin qızı Azrin öz “Instagram” səhifəsində anası Rosmanın ağlasığmaz əyləncələri haqda uzun bir şərh yazıb.  Buradan  o da məlum olub ki, hökumət başçısının arvadı öz fantastik məbləğli alış-verişi ilə dövlət büdcəsini dağıtmaqdan əlavə, patoloji şəkildə qara magiya, cindarlıq, şamançılıq və plastik əməliyyat həvəskarı olub. Qadının sifətində çoxsaylı plastik əməliyyatların izləri görünür…
P.S. Allah belə biabırçılıqları Azərbaycandan iraq eləsin!..

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …