Ana səhifə / Araşdırma / Arif Yunusa qadağa qoyuldu

Arif Yunusa qadağa qoyuldu

“Noyabr ayının 12-də səhhətində yaranan problemlərə görə, məhkəmə zalından azadlığa buraxılan Arif Yunus evdən bayıra çıxmır. Onun təzyiqi tez-tez dəyişir. Həkimlərin və dostlarının nəzarəti altındadır”.

Bunu ANS PRESS-ə açıqlamasında psixoloq, Arif Yunusun yanında olan Azad İsazadə deyib. Onun sözlərinə görə, konfliktoloq Arif Yunusun təzyiqi tez-tez yüksəlir və bu zaman qonşuluğunda olan həkim dostları dərmanlar vasitəsi ilə təzyiqi yenidən normallaşdırırlar. Ancaq 24 saat həkim nəzarəti yoxdur.

Arif Yunusun hələ də mətbuata heç bir açıqlama verməməsinin səbəbi isə ona vəkilləri və həkimləri tərəfindən qadağa qoyulmasıdır.

Xatırladaq ki, noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Səhhətindəki problemlərlə əlaqədar onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.

Daha dəqiq desək, Almaniyadan gəlmiş mütəxəssislər A. Yunusun müayinəsindən sonra onun təzyiqinin həddindən artıq yüksək olduğunu bildiriblər və məhkəmə A.Yunusun vəkilinin vəsatətini təmin edərək onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın