Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi – Foto

Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi – Foto

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev 18 il idi ki, Milli Orduda xidmət edirdi.

Allah rəhmət eləsin!

 

Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi -  Foto
Aprel döyüşlərində yaralanan hərbçimiz vəfat etdi -  Foto

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın