Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Araşdırma / Anasının ölümünü qəbul edə bilməyən 30 yaşlı qadın intihar etdi

Anasının ölümünü qəbul edə bilməyən 30 yaşlı qadın intihar etdi

Ötən axşam Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsində intihar hadisəsi qeydə alınıb.

SalamNews-un əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Kərimova Nigar İldırım qızı yaşadığı həyət evinin hamam otağında iplə özünü asıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi onun 3 il bundan öncə dünyasını dəyişmiş anasının ölümünü qəbul edə bilməməsi olub. Bundan öncə də 30 yaşlı qadın müxtəlif dərmanları dozadan artıq qəbul edərək intihara cəhd edib. Nigar Kərimovanın intihar etməsi barədə ilk xəbər tutan onunla birgə yaşayan xalası olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu …

Bir cavab yazın