Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Anası sms yazdığı vaxt körpə hovuzda boğuldu

Anası sms yazdığı vaxt körpə hovuzda boğuldu

Çində yerləşən akvaparklardan birində faciə baş verib. Anasının yaxınlığında hovuzda çimən körpə boğularaq ölüb. Buna səbəb isə anasının həmin vaxt başının telefonda sms yazmağa qarışması olub.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sms-i yazıb qurtarandan sonra uşağı axtarmağa başlayan qadın onu tapa bilməyib.

Hadisə bütün təfərrüatları ilə hovuzda quraşdırılmış müşahidə videokameralarına düşüb.

Həmin vaxt xilasedicilərin harada olmasını və körpənin nəyə görə suya xilasetmə jileti olmadan girməsini isə polis araşdırır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın