Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Ana 12 yaşlı qızının üzərinə benzin töküb yandırdı – Gəncədə dəhşət

Ana 12 yaşlı qızının üzərinə benzin töküb yandırdı – Gəncədə dəhşət

Gəncədə ana 12 yaşlı qızını öldürüb.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, fakt şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isə Xalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın