Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / AMEA-nın sabiq xanım işçisi 8 il cəza aldı – dələduzluğa görə

AMEA-nın sabiq xanım işçisi 8 il cəza aldı – dələduzluğa görə

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə A.Cahangirova iki nəfərə qarşı dələduzluq əməli törədib, onların etibarından sui-istifadə edərək mülli miqdarda pullarını ələ keçirib. AMEA-da dizayner vəzifəsində işləyən Cahangirova hər iki şəxsdən pulu iş qurmaq adı ilə alıb.

Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın