Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / “AMAY Abdulla”nın işinə Ali Məhkəmədə baxılacaq

“AMAY Abdulla”nın işinə Ali Məhkəmədə baxılacaq

Yaxın günlərdə Ali Məhkəmədə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin kassasiya şikayətinə baxılacaq.

Bu barədə virtualaz.org saytına A.Abdullayevin vəkili Osman Kazımov bildirib. Vəkil müdafiə etdiyi şəxsin kassasiya şikayətinə martın 2-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə baxılacağını deyib.

Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan A.Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın