Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / “AMAY Abdulla”nın “arvadı”na 12 il müddətinə həbs cəzası verilib

“AMAY Abdulla”nın “arvadı”na 12 il müddətinə həbs cəzası verilib

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən A.Akimova 12 il, İlham Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Aygün Akimovanın 13 il, İlham Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Aygün Akimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə “kupça” düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib və aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adıçəkilən qadının onun şirkətində xadimə işlədiyini bildirib.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın