Ana səhifə / Araşdırma / AMAY Abdulla” yenidən kükrədi: “Bilmirəm nə istəyirsiniz?!”

AMAY Abdulla” yenidən kükrədi: “Bilmirəm nə istəyirsiniz?!”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə şahid qismində Tahir Mehdiyev dindirildi.

T.Mehdiyev “AMAY”-da işlədiyini bildirdi. Qeyd etdi ki, təqsirləndirilən şəxs Elşən Novruzovun təklifi ilə firma yaradaraq “Birlikbank”dan 80 min manat kredit götürülüb və “AMAY”-ın tikintisinə sərf olunub.

Bundan sonra hakim Əfqan Hacıyev bildirdi ki, şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar cıxarılıb.

A.Abdullayev isə bildirdi ki, iş üzrə olan 144 şahiddən 43 nəfəri ümumiyyətlə istintaqda dindirilməyib: “Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz? 6 nəfər şahid dünyasını dəyişib, 54 nəfərsə məhkəmədə dindirilib. Qalanların əksəriyyəti ölkə xaricindədur. 5-6 nəfərə görə məhkəməni uzatmağa dəyməz”.

Hakim bildirdi ki, qanunvericiliyin tələbinə görə, şahid məhkəməyə gələ bilmirsə, bununla bağlı sənəd təqdim olunmalı, bundan sonra onların ifadələri elan edilməlidir.

Bununla da məhkəmə prosesi mayın 25-dək təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın