Ana səhifə / Araşdırma / Amansızlıqla öldürülən Günelin qətlinin təfərrüatı

Amansızlıqla öldürülən Günelin qətlinin təfərrüatı

Dünən Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb.

“  Azinforum.az ” ın Lent.az-a istinadən məlumatına görə, Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış   binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını əslində qısqanclıq zəminində deyil, ailə münaqişəsi səbəbindən öldürdüyü üzə çıxıb.

Məlum olub ki, ər həyat yoldaşına 25 bıçaq zərbəsi endirdikdən sonra balta ilə onun başını kəsməyə çalışıb. Qadın hadisə yerindəcə keçinib.

Günel Əzizovanın bacısı Gülşən xanım deyib ki, hadisəyə bacısının qayınanası ilə yola getməməsi səbəb olub: “Bacımın qaynanası Nailə xanım sələmlə pul verir. O, dəfələrlə bacımı verdiyi sələmlərin faizini yığmaq üçün ünvanlara göndərirdi. Bacım isə həmişə bizə deyirdi ki, haram pul yeməkdən bezib. Bu zaman evlərində həmişə dava-dalaş olurdu. Mən hadisə olan günü uşaqlarımı xəstəxanaya gətirmişdim. Özüm Mingəçevirin Tərəvəzçilik sovxozunda oluram. Günorta bacımgilə zəng vurub hal-əhval soruşdum. Telefonu əri götürdü, yalandan dedi ki, guya Günel yuxa bişirir. Sən demə, saat 3 radələrində bacımı əri, baldızı və qaynanası birlikdə öldürüblər. Saat 4-də yenidən yığıb danışmaq istədim. Bu dəfə qayınanası götürdü telefonu və dedi ki, Kənan Güneli öldürüb, gəlin meyitinizə sahib çıxın”.

Qeyd edək ki, G.Əzizova hələ ki, dəfn edilməyib. Mərhumun anası Xumar xanım qarşı tərəfin gəlməsini tələb edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın