Ana səhifə / Araşdırma / Alpinizm tarixinin ən dəhşətli faciələri – ARAŞDIRMA

Alpinizm tarixinin ən dəhşətli faciələri – ARAŞDIRMA

Qarlı hava şəraitində dağlara qalxan alpinistləri ekspedisiyalarını başa vura bilməmələrinin adətən bir neçə səbəbi olur. Ya qar uçqunu zamanı qar lavinası altında qalırlar, ya marşrutlarını itirib azırlar və kəskin şaxtalı havada donurlar.
Bu günə kimi 480 nəfər dağlarda həlak olub.
Alpinizm tarixinin ən ağır və çox itkili faciələri məhz qarlı zirvələri fəth edərkən baş verib. Bir çox həlak olmuş alpinistlərin cəsədləri indiyə kimi tapılmayıb və onlar hələ də itkin hesab olunur.
1955 – ci il, Qırğızıstan, Qələbə zirvəsi – 11 nəfər həlak oldu
Axtarış qrupu 6930 metr yüksəklikdə 2 cırılmış çadır və əşyalar tapdı.  Heç kim yox idi, qırılmış kəndir isə uçuruma doğru sallanmışdı. Qrupu gecəyarı başlayan qarlı tufan və çovğun yaxalamışdı.  Çadırın birinin dağıldığını, şaxtadan ratsiyanın işləmədiyini görən  Şpilov belə qərar verib ki, 3 nəfər aşağı düşüb kömək çağırsın. Qalanları mağaraya sığınıb gözləməliydi.  Lakin enişdə 3 nəfərdən ikisi ölür: biri yıxılır, digəri isə yüksəklik xəstəliyinə dözmür.
Ekspedisiyada yeganə sağ qalan şəxs qazax Ural Hüseynov olub. Ekspedisiyanın 6 üzvünün meyiti bu günə kimi tapılmayıb.
Qeyd edək ki, Qələbə zirvəsi keçmiş SSRİ ərazisində ən çox alpinist canı alan zirvədir.
Fotoda Ural Hüseynov
Урал Усенов: история альпиниста
1986-cı il, 8000 metr hündürlükdə K2 zirvəsi, Pakistan – 13 nəfər həlak oldu
Faciə alpinistləri 8000 metr hündürlükdəki düşərgədə yaxalayıb. Güclü qar çovğunu nəticəsində düşərgə dağılıb, alpinistlərin bir qismi bu dağıntıda, digərləri isə yolda həlak olub.
1970 – cı il, Peru, Uaskaran
31 mayda günorta Yunqay şəhərinin sakinləri dəhşətli yer silkələnməsindən küçələrə axışdı. Xilasedici siqnallar işə düşdü. Torpaqda iri yarıqlar əmələ gəldi.
Bu hadisədən 7 gün öncə iə şəhərə 15 çex alpinisti gəlmişdi, onlar 6000 metr hündürlükdəki Uanday zirvəsini fəth etmək istəyirdilər. Yürüş zamanı qrupun rəhbərlərindən biri –  o vaxtkı Çexoslovakiya nazirinin oğlu qayalıqdan yıxılaraq ölüb. Yerli sakinlər və alpinistlər onun şərəfinə həmin yerdə bürünc abidə də qoyublar. Lakin 31 mayda alpinistlərin olduğu düşərgədə yer aralanması baş verdi və 14 nəfər çex alpinisti həyatını itirdi.
1937-ci il, Pakistan, Nanqaparbat
Alman alpinistlərindən ibarət ekspedisiya Karl Byenin başcılığı ilə şimal zirvəsinə çıxmaq üçün ikinci cəhdlərini edirlər. Lakin güclü qar yağması nəticəsində onlar zirvəyə çıxmağı təxirə salıb, bir az aşağıda düşərgə salırlar. Gecə güclü qar lavinası düşərgəni basır, çadırlarda olan 16 alpinist həlak olur.  Cəsədlər 2 gün sonra 14 metr qar uçqunu altından çıxarılır.
2014-cü il, Nepal, Everest 
Everest marşrutunda ən ağır faciələrdən biri hesab olunur. 5800 metr yüksəklikdə qar uçqununa düşən 13 nəfər həlak olub. 3 nəfər isə itmiş hesab olundu. Axtarışlar 18 gün davam edib.
1995-ci il, Nepal, Qokio
13 yapon və 13 nepal alpnistindən ibarət qrup 5377 metrlik Qokio dağ zirvəsini uğurla çıxsa da, enişdə güclü qar uçqunu və lavinası altında qalaraq həlak olublar. Ümumilikdə bu zirvəyə gedən marşrut bu vaxta kimi 46 alpinistin son marşrutu olub.
1990-cı il, Tacikistan, Lenin zirvəsi
Sovet və xarici ölkə alpinistlərindən ibarət nəhəng qrup çox nəhəng buz parçasının qopması nəticəsində uçub dağılan alpinist dayanacağında həyatını itirib. SSRİ tarixində bu, ən ağır faciələrdən biri idi, çünki qrupun tərkibində Leninqrad alpklubunun ən güclü alpinistləri və rəhbəri var idi. Bu faciədən 3 nəfər sağ çıxa bildi. Onlardan ikisi aşağı düşərgədəki çadırda olduqları üçün şansları gətirmişdi. Lenin zirvəsinə doğru 5300 metr yüksəklikdə qurulmuş alpinistlərin dayanacağı çox geniş ərazidə idi və maşrturda ən təhlükəsiz yer hesab olunurdu.
2014-cü il, Yaponiya, Ontake vulkanı
Naqanoda Ontake vulkanının püskürməsi zamanı 56 alpinist itkin düşüb. 18 gün davam edən axtarışlar nəticəsində onların meyitlərini vulkan zirvəsindən bir qədər aralıdakı dağda tapıblar.  Alpinistlərin tənəffüsü və ürəyi dayanıbmış. Bu hadisə Yaponiya alpinizmi tarixinə ən böyük faciə kimi düşüb.BakuPost.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …