Ana səhifə / Araşdırma / Almaniyadan Tovuza gələn qız sevdiyi oğlana görə özünü öldürmək istədi – VİDEO

Almaniyadan Tovuza gələn qız sevdiyi oğlana görə özünü öldürmək istədi – VİDEO

Almaniyadan Tovuz rayonuna gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən yerə atıb.

Azinforum.az  Report-a istinadən xəbər verir ki, pəncərə silərkən 5-ci mərtəbədən yıxıldığı bildirilən qızın intihara cəhd etdiyi məlum olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadə sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra intihara cəhd edib.

Belə ki, ata-anasının boşandığı gündən sonra anası ilə birgə Almaniyada yaşayan qız Tovuzda yaşayan xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəlib. O, burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb.

Hadisə şahidləri bildiriblər ki, 3-cü mərtəbədəki paltar asılqanlarına dəyən qız daha sonra binanın yaxınlığındakı ağacın budaqlarına dəyərək yerə düşüb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonunun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub. Böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımi tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyati təhlükəsi davam edir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın