Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Araşdırma / Allahverdi Mirzəyevin qətli ilə bağlı yeni detallar – Oğlu da kömək edib?

Allahverdi Mirzəyevin qətli ilə bağlı yeni detallar – Oğlu da kömək edib?

Bakıda kriminal aləm üzvlərinə yaxınlığı ilə tanınan və evinin həyətində qətlə yetirilən Allahverdi Mirzəyevlə bağlı bəzi məqamlar məlum olub.

“ Azinforum.az ” “Kriminalqafqaz”a istinadən xəbər verir ki, A.Mirzəyev uzun müddətdir ailəsi ilə problem yaşayırmış.

Yaxınlarının məlumatına görə, son dövrlər həyat yoldaşını incidən, ona əziyyət verən A.Mirzəyevin bu əməllərinə görə ailəsi ilə münasibətləri pozulub.

Qeyri-rəsmi nikahda olduğu qadına ev və maşın alması bu münaqişələri pik həddə çatdırıb. Buna görə həyat yoldaşı, oğlu və qaynı ilə tez-tez mübahisələri düşürmüş. Hətta bir neçə il öncə münaqişə zəminində arvadına məxsus evi sökərək ona 50 min manat zərər vurmasına dair mediada məlumatlar yayılıb.

Allahverdi Mirzəyev özü bizneslə məşğul olub və sərnişindaşıma üçün iritutumlu avtobusları olub. Bir neçə şirkətlə əməkdaşlıq edərək bu avtobuslarla onların işçilərinin daşınmasını həyata keçirib.

A.Mirzəyev hazırda həbsdə olan kriminal aləm üzvlərinə yardım göndərməklə tanınıb və onlara yaxın olduğu bildirilir. Özü isə bir neçə il əvvəl xuliqanlığa görə məhkum olunub və cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Məlumata görə, bir müddət öncə isə A. Mirzəyev özünün və həyat yoldaşının evini banka girov qoyaraq yarım milyon manata yaxın kredit götürüb. Mütəmadi olaraq davam edən və yığılıb böyük problemlərlə nəticələnən belə münaqişələr sonda qətllə nəticələnib. A.Mirzəyevin ailəsinə olan münasibəti həyat yoldaşının qardaşı Taryel Qurbanovun səbir kasasını daşırıb.

Dekabrın 10-da Taryel Qurbanov onun evinə gələrək həyətdə gözləyib. A.Mirzəyev 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb həyətinə daxil olan zaman qaynı ov tüfəngi ilə onun çənəsindən atəş açaraq qətlə yetirib. Taryel Qurbanov Suraxanı RPİ 30-cu Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayətdən sonra A.Mirzəyevin oğlunun da dayısına kömək etdiyi iddia olunur.

Məlumata görə, A.Mirzəyevin oğlu atasının qətlə yetirildiyi silahı gizlədib. Hazırda mərhumun oğlu cinayət məsuliyyətinə cəlb edilməsə də, istintaq bu iddiaları araşdırır.

Rəsmi açıqlamada da qətlin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunub.

Həmçinin oxuyun

Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

XVlll əsrdə Osmanlı imperiyasını parçalamaq üçün anqlo-saklar ,ruslar imperiyanın ərazisində yaşayan xalqları türklərə düşmən etmək …