Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Allah hər kəsin qardaşının canını sağ eləsin”- nazir qardaşı məhkəmədə gileyləndi

“Allah hər kəsin qardaşının canını sağ eləsin”- nazir qardaşı məhkəmədə gileyləndi

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi üzrə ilk proses baş tutub.

Məhkəmədə Yavər Camalovun qardaşı, zərərçəkmiş Əlikram Camalov iştirak edib.

Nazir qardaşı məhkəməyə mülki iddia ərizə təqdim edib. Vəkil Ceyhun Yusifov mülki iddianın təmin edilməməsini istəyib.

Vəkil bildirib ki, mülki iddia məhkəmə baxışı ərəfəsində təqdim edilməlidir. Məhkəmə Əlikram Camalovun qardaşının mülki iddiasını təmin edilib.

Əlikram Camalovun vəkili məhkəmədən söz istəyərək mətbuata narazılığını bildirib. Vəkil deyib ki, mətbuatda Yavər Camalovun adının hallandırılması doğru deyil. Vəkil mətbuat nümayəndələrinə xəbərdarlıq edilməsini istəyib.

Təqdirləndirilənin vəkil Ceyhun Yusifov isə bu müraciətin Mətbuat Şurasına edilməli olduğunu deyib.

Daha sonra məhkəmədə Əlikram Camalov sərbəst ifadə verib.

O deyib ki, pulu əvvəlcə Samir Nəbiyevə kömək məqsədi ilə verib. Sonra isə aralatında müqavilə imzalanıb. Ə.Camalovun dediyinə görə S.Nəbiyev 6 ay ərzində aldığı məbləği tam olaraq qaytarmalı, aylıq gəlirdən, qazancdan isə 1250 dollar ödəməli imiş.

Amma S.Nəbiyev vədinə əməl etməyib. Ə.Camalovun dediyinə görə, S.Nəbiyev ona 750 və 1250 dollar pul qaytarıb.

Nazir qardaşı S.Nəbiyevdən şikayətçi olmasının səbəbini izah edərkən deyib: “Hamımız insanıq. Başımıza iş gələ bilər. Əgər o mənə desə idi ki, hazırda imkan yoxdur, mən ona vaxt verərdim. Amma məni aldadıb qaçdı. İndi ən yaxınım belə desə keçmərəm. Mənim barəmdə mətbuatda şantaj xarakterli yazılar yazıldı. Bəlkə də onu bağışlayardım. Amma artıq yox.

Mən iş adamıyam. İş görmək üçün 40-50 min pul verdiyim adamlar olub. Amma iş alınçayıb deyə qaytara bilməyiblər. Mən də insanam. 4-5 ildir həmin məbləğ qaytarılmayıb. Amma Samir telefonu söndürdü, mağazanı bağlayıb qaçdı. Mən də polisə müraciət elədin. Polis onu tapıb gətirəndə məndən vaxt istədi. Dedim ki, artıq iş məndən keçib”.

Daha sonra sualları cavablandıran Ə.Camalov ötən məhkəmələrdə pulu borc, indi isə yardım məqsədi ilə verməsini deməsinin səbəbi belə izah edib: “Ötən məhkəmədə mənə sual verildi ki, pulu borc, sələm və ya qarşılıqsız yardım məqsədi ilə verməyim barədə sual edildi. Mən pulu sələmə verməmişəm, qarşılıqsız yardım üçün də verməmişəm. Ona görə də borc verdiyimi dedim. İndi isə izah edifəm ki, pulu əvvəlcə iş gprməsi üçün verdim, daha sonra isə müqavilə imzaladıq. Müqaviləyə əsasən aldığı pulu 6 ay ərzində qaytarmalı, aylıq da 1250 dollar qazancdan pul verməli idi. İndi vəkil mətbuata deyib ki, pulu sələmə verib. Burada söhbət sələmdən gedə bilməz. Qardaşımın da bu işdə adının hallandırılması doğru deyil. Allah hər kəsin qardaşının canın sağ eləsin. İndi qardaşımın bu işdə adı niyə çəkilməlidir?”.

Məhkəmədə təqsirləndirilən Samir Nəbiyev məhkəməyə bildirib ki, aldığı puldan 4 min manat və 1500 dollarını qaytarıb. Devalvasiyadan sonra iş alınçadıöı üçün iflas edib: “Mağazada olan malları borclara qaytardım. Əlikram müəllimə də təklif etdim ki, borcun əvəzində mal verim. Amma onlar nağd pulu istədi. Mallatın çoxu nisyə idi. Geri qaytardım. Sonra ata rəhmətə getdi. Rayona qayıtdım. Atam üçün Xırdalanda cümə mərasimi verəndə sahə müvəkkili gəldi. Sonra məni polisə çağırdılar”.

D.Nəbiyev Əlikram Camalovdan qaçmadığını söyləyib: “Mən bir neçə dəfə Əlikram müəllimin qəbuluna getdim. Amma qəbul etdi. Mən qaçmamışam. Sonra da atamın yası üçün Bakıya qayıtmışam”.

Son da Əlikram Camalov mülki iddiasının təmin edilməsini istəyib və şikayətini geri götürməyəcəyini söyləyib.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.

Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın