Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etmədi

Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etmədi

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, general Akif Çovdarovun kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib. Məhkəmə bu iddia üzrə icraatı A. Çovdarov barəsində məhkəmə hökmü elan edilənə kimi dayandırıb. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, A. Çovdarov və digərlərinin cinayət işi üzrə hazırda Sabunçu rayon Məhkəməsində məhkəmə prosesi davam edir.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın