Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Araşdırma / Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar -SİYAHI

Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar -SİYAHI

Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları və “DOST” mərkəzləri qanunvericiliyə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.

Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.

Lakin bu müstəvidə də korrupsiya hallarına çox rast gəlinir. Son dövrlər həbs olunan icra başçılarının ittiham dosyesində məhz bu faktor özünü göstərib. Məsələn, Yevlax RİH-nin hazırda həbsdə olan sabiq başçısı Qoca Səmədov işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə və s. təqsirləndirilmişdir.

Eyni növ korrupsiyaya Füzuli RİH-nin başçısı cənab Alı Alıyev də rəvac verir. Görünür, o, məsuliyyətə cəlb olunan həmkarlarının aqibətini yaşamayacağından əmindir.

RealMedia.az – ın redaksiyasına daxil olmuş səhih məlumata görə, Füzuli rayonunda haqqı ödənilən ictimai işlərə cəlb olunmuş kimi göstərilən 342 nəfərin çoxu işə çıxmır, həm də məşğulluqlarını başqa sahələrdə təmin etdiklərindən kasıbçılıq meyarlarına uyğun gəlmirlər. Halbuki, rayonda bu cür işlə təmin olunmaq üçün müraciət etmiş xeyli işsiz, kasıblıq həddindən də aşağı həyat tərzi keçirən vətəndaşlar var ki, növbələrinin yetişəcəyinə ümidlərini itiriblər.

Redaksiyamıza məlumat verən mənbə təkcə Böyük Bəhmənli kəndindən saxta ictimai işçilərin natamam siyahısını təqdim etmişdir:

Ələkbərov Etibar İmran oğlu Bakı şəhərində taksi sürücüsü işləyir;

Əliyev Mais Bəxtiyar oğlu “Kamaz” şöferidir, daş işiylə məşğuldur;

Abbasov Cəsur Asif oğlu sahibkardır;

Məmmədov Etibar Mahmud oğlu Rusiyada yaşayır;

Qasımova Məleykə Bakıda yaşayır;

Kazımov Ozal Ramiz oğlunun marketi var;

Aslanov Qiyas Yusif oğlu market sahibidir;

Aslanov İlkin Zöhrab oğlu da ticarətçidir;

Əliyev Elşən Bəhrəm oğlu Horadiz şəhər icra nümayəndəsinin katibəsinin əridir;

Babazadə Əhdiman Zabil oğlunun topdansatış dükanı var.

RealMedia.az.Füzuli rayonunda saxta işsizlərin daha geniş siyahısına malikdir. Son dəqqləşdirmələri aparandan sonra həmin adları da saytın oxucularına təqdim edəcəyik. Ancaq dərc etdiklərimiz də hüquq-mühafizə, cinayət təqibi və dövlət təhlükəsizlik orqanlarına hərəkətə keçmələri üçün yetərli əsas verir.

RealMedia.az

Həmçinin oxuyun

12-17 yaşlı oğlanlar koronavirusa yoluxduqda ürək zədələnir – ARAŞDIRMA

12-17 yaş arası oğlan uşaqlarının kovid keçirdikdən sonra ürək miokard zədələnməsi riski peyvəndə nisbətən 6 …