Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Albaniyada ilk xristian təriqətləri

Albaniyada ilk xristian təriqətləri

Albaniya xristianlığın yayılmasına görə cox mürəkkəb və önəmli bir məkandır və hələ də tam araşdırılmayıb. 325 ci ildə Roma imperatoru Konstantin tərəfindən Nikeya şəhərində (indiki İzmit şəhəri) çağırılmış I Ümumdünya kilsə məclisi yarandı .Əsas məsələ “Ariyan təlimi” nə qarşı mübarizə və dini rəmzlərin yaradılması idi. Arian təlimi 318 ci ildə İskəndəriyyə din xadimi Ariy tərəfindən yaradılmışdır. Ariyanlar İsa Məsihi Allah tərəfindən yaradılan,Allahdan tərqli olaraq əbədi olmayan ,daha aşağı varlıq kimi qəbul edirdilər.

Nikeya məclisi bu təkimi pisləyərək Allah-ata və Allah -oğulu eyni səviyyəli ,yəni mahiyyətcə eyni elan etdi. Nikeya məclisində Ərməniyyəni müqəddəs Qriqor deyil,oğlu Aristakes təmsil etmişdi.( Gəncəli Girakos Tarix,1 ci fəsil) 428 ci ildə Konstantinapol patriaxtı Nestoriyin formalaşdırdığı yeni təlimə görə ,İsa müqəddəs ruh vasitəsilə Məsih bir insandır,Məryəm isə insan olduğu üçün Allahın anası ola bilməzdi,o,məsih anasıdır. Təlimi isə Nestorianlar adlandırılmağa başladılar. 444 cü ildə Konstantinapol arximandriti Yevtixiy nestorianlara cavab olaraq yeni təlim yaratdığını elan etdi. Onlar İsanı yalnız ilahi təbiətə malik olduğunu elan etdilər. Yevtixiyin tərəfdarları MONOFİZİT adı altında tanınmağa başladılar. 451 ci ildə Yunanısranın Xalkidon şəhərində çağırılmış IV Ümumdünya kilsə məclisi monofizliyi pisləyən qərar çıxardı və bir daha nestorianlığı pislədi. Bu qərar xristian aləminin xalqedon və monofizit təriqətlərinə parçalanmasına gətirib çıxardı.Bir qədər sonra monofizitliyin müxtəlif cərəyanları da formalaşmağa başladı. 506 cı ildə Dvin şəhərində keçirilmiş kilsə məclisi 55 illik sükutdan sonra Xalkidon məclisini lənətləyən qərar çıxarır.

Beləliklə Alban Ərməni, gürcü kilsələri monofizit cərəyanını seçmiş olurlar. Sovet tarixşünaslığındakı siyasi tarix xəttinə görə türklər Azərbaycana Xl əsrdə səlcuqlar ilə gəlmişlər. Bu tarixə qədər türk izini yox etmək üçün alimlərə “yol göstərildi” Fəridə Məmmədova,İqrar Məmmədov ,Ziya Bünyadov kimi alimlər Albaniya dövlətini haylardan fərqləndirmək üçün ,hayların monofizit,albanların isə difizit olması haqqında “sübutlar” axtarmağa başladılar. Albanların türk-qıpçaqlar,ərmənlərin isə oğuz türkləri olması haqqında bir kəlmə də olsun məkumatlar vermədilər. Milli alimlərimiz Y,Yusifov,F.Cəlilov,B.Tuncayın faktlarla bu siyasi tarixşünaslığı necə məhv etməsinin şahidi olduq.

Tədqiqatçı alim. Şahlar Hacıyev

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …