Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs diri-diri yandı

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs diri-diri yandı

Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxslərdən birinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanındığı müəyyənləşib.

APA-nın məlumatına görə, hadisədə ölən Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. Ötən iclasda ifadə verən G .Quliyev bildirib ki, 2015-ci ildə N. Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orada dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri – Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın