Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarovu evə buraxmadılar

Akif Çovdarovu evə buraxmadılar

Bakı Apelyasiya Məhkəməsi sabiq rəisin 3 aylıq həbsdə qalacağını təsdiqlədi.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Səbayel Rayon Məhkəməsinin barəsində çıxardığı 3 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün apelyasiya şikayəti verib.

Etibarlı mənbədən “Yeni Müsavat”a daxil olan məlumata görə, A.Çovdarovun şikayətinə bu gün səhər qapalı keçirilən məhkəmə iclasında baxılıb və sabiq rəisin şikayəti təmin olunmayıb.

Qaynağımız deyib ki, A.Çovdarov Bakı Apelyasiya Məhkəməsində dustaqlar üçün saxlama yerinə aparılarkən məhkəmə nəzarətçilərindən ona xüsusi münasibət sərgimələrini tələb edib. Həddən artıq əsəbi olan və yuxusuz görünən A.Çovdarov general olduğunu xatırladaraq nəzarətçiləri hədələyib. Nəzarətçilər isə sabiq rəisə xatırladıblar ki, onlar üçün dustağın həbsinə qədər hansı vəzifəni daşıması o qədər də əhəmiyyət kəsb etmir.

Əli qandallı A.Çovdarov konvoyun müşayiəti Bakı İstintaq Təcridxanasına qaytarılıb. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın