Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarova qarşı yeni maddə ilə cinayət işi açılıb 

Akif Çovdarova qarşı yeni maddə ilə cinayət işi açılıb 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb.

Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.

Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. O deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin, A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın