Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı başlayıb.

İclasın başlanmasının təyin olunduğu saat 11-də təqsirləndirilənlərdən zalda yalnız Akif Əliyev var idi, digərlərinin nə özləri, nə də vəkilləri məhkəmədə iştirak etmirdilər. Bu səbəbdən, hakim Həbib Həsəınov iclası saat 12:30-a təxirə saldı.

 

“Virtualaz.org-dan burda kim var?”

Görünür, saytımızda məhkəmə prosesi barədə dərc olunan yazılar Akif Çovdarova rahatlıq vermir. Yəqin buna görədir ki, hakim zalı tərk etdikdən dərhal sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmədə “jurnalist ovu”na çıxdı. Üzünü zalda əyləşənlərə tutaraq, vəkil dedi: “Burda virtualaz.org-dan (haqqin.az-dan) kim var?” Sonra təmsilçi qismində prosesdə iştirak edən bir gəncə üzünü tutaraq, həmin şəxsin zalı tərk etməsini istədi.

“Jurnalist” kimi “ifşa olunmuş” gəncin iclası rərk etməkdən başqa çarəsi qalmadı, amma çıxarkən Kamandar Nəsibovun haqsız olduöunu qeyd etməyi də unutmadı.

 

Məhkəmə heyətinə etiraz edildi

Fasilədən sonra təqsirləndirilən Akif Çovdarovun vəkilləri çıxış edərək məhkəmə heyətinin tərkibinə etiraz və onun tamamilə dəyişdirilməsini tələb etdiklərini bildirdilər. Səbəb kimi generalın müayinə və müalicəsinə şəraitin yaradılmaması göstərildi.

Hakim Həbib Həsənov bütün prosedur qaydalara riayət olunduğunu və təqsirləndirilənə lazım olan bütün yardımın göstərildiyini dedi.

Əvvəki iclaslarda olduğu kimi, Akif Çovdarvoun müdafiəçilərinin taktikası dəyişməmişdi – nəyin bahasına olursa olsun, prosesin uzadılmasına nail olmaq.

Bu dəfə də “səhhəti getdikcə pisləşən” Akif Çovdarovun məhkəmədə iştirak edə bilməməsi bəhanəsi gətirildi. Qeyd edək ki, prosesdə həkim müşayiəti ilə iştirak edən general ötən dəfəkindən daha canlı görünürdü və səsi daha gur çıxırdı. Hər halda, skamyada uzanmağa icazə istəmirdi.

Məhkəmənin sədri Həbib Həsənov məhkəmə heyətinin vəsatəti müzakirə etmək üçün müşavirəyə getdiyini bildirdi.

 

Çovdarov yoxa çıxdı

Kiçik fasilədən sonra vəsatətlə bağlı qəbul edilmiş qərarı oxumaq üçün məhkəmə heyəti zala daxil oldu. Elə bu vaxt nəlum oldu ki, Akif Çovdarov yerində deyil. Bir neçə dəqiqəlik araşdırmadan sonra bildirildi ki, təqsirləndirilən ayaqyoluna gedib.

Prosesdə növbəti fasilə elan edildi.

 

“Harda yaşayırsan? – Kürdəxanıda”

Nəhayət, saat 14:00-da prosesə sədrlik edən Həbib Həsənov məhkəmə heyətinin tərkibinə etirazla bağlı vəsatət üzrə qərarı oxudu və vəsatətin əsassız olduğunu bildirdi.

Daha sonra hakim təqsirləndirilənlərin anket məlumatlarının dəqiqləşdirilməsinə başladı. İlk baxışdan darıxdırıcı olan bu mərhələdə təqsirləndirilən, Akif Çovdarovun rəhbərlik etdiyi idarənin 1-ci idarəsinin rəhbəri işləmiş Səlim Məmmədovun yumor hissindən məhrum olmadığı üzə çıxdı. Onun anket məlumatları dəqiqləşdirilərkən, hakimin “Harda yaşayırsınız?” sualına S.Məmmədov hazırcavablıqla “Kürdəxanıda” cavabını verdi. Zalda olanların gülüşündən sonra təqsirləndirilənin qeydiyyat ünvanı dəqiqləşdirildi.

Yeni taktika – vəkillərdən imtina

Məhkəmə prosesinin artıq heç cür uzadılmasının mümkün olmadığını görən Akif Çovdarov yeni taktikaya əl atdı. O, ayağa qalxaraq, vəkillərindən imtina etdiyini bildirdi. Vəkilləri şüşə qəfəsə kağız-qələm ötürdükdən sonra general elə iclasın gedişində vəkillərdən imtina ərizəsini yazdı.

Vəkil Kamandar Nəsibov bunu Çovdarovun onların işindən narazı qalması və müvəkkillərini tibbi yardımla təmin edə bilməmələri ilə izah etdi.

Məsələnin mahiyyətini isə Səlim Məmmədovun vəkili açdı. Onun sözlərinə görə, vəkillərdən imtina prosesə yeni vəkilin cəlb olunması deməkdir ki, bu da prosesi daha 1-2 ay geri atacaq. Çünki yeni vəkilin 60 cildlik cinayət işinin materialları ilə tanış olması üçün xeyli vaxt tələb olunur. Vəkil çıxışında xahiş etdi ki, bunun baş veməməsi üçün vəsatət baxılmamış saxlanılsın və Akif Çovdarov özünün tələb etdiyi həkimlər briqadasının tibbi yardımı ilə təmin olunsun.

Burada qeyd etmək yerinə düşər ki, söz alan general Çovdarov iclasın gedişində xarici ölkədən öz puluna gətirtmək istədiyi həkimlər tərəfindən müayinə və müalicə olunmasını istədiyini bildirib.

Qısa fasilədən sonra məhkəmənin sabah, noyabrın 15-i saat 15:00-a qədər təxirə salındığı elan edildi.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın