Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarov soyduğu adamdan inciyib…

Akif Çovdarov soyduğu adamdan inciyib…

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Süleyman Transport” epizodu üzrə ifadələr alınıb. Zərərçəkmiş Fikrət İbrahimov ifadə verərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. O ifadəsində deyib ki, MTN zabiti Orxan Osmanov tərəfindən nazirliyə çağırılıb və beynəlxalq daşınmada qanunsuzluqlara yol verildiyini deyərək onu hədələyib, 30 min manat istəyib, 12 manata razılaşıblar və həmin məbləğdə pulu O.Osmanova verib.

Səhəri gün şəriki Vidadi Hüseynovdan MTN-ə verdiyin pulun yarısını istəyib. Bunun ardınca Orxan Osmanov yenidən onu nazirliyə çağırıb və onlara verdiyi pulu başqa yerdə dediyi üçün Akif Çovdarovun ondan incidiyini deyib. Hazırda həbsdə olan Akif Əliyev “Çovdarovun səni bağışlaması üçün 100 min verməlisən” deyib. Danışıqlar nəticəsində 50 minə razılaşıblar və F.İbrahimov həmin pulu ödəyib.

Qeyd edək ki, MTN zabitləri Akif Əliyev və Orxan Osmanov istintaqa ifadələrində F.İbrahimovun nurçuları maliyyələşdirməkdə şübhəli bilindiyi üçün nazirliyə çağırıldığını, lakin ondan pul almadıqlarını deyiblər

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın