Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarov mətbuatın köməyindən istifadə edir – general çıxış yolu axtarır

Akif Çovdarov mətbuatın köməyindən istifadə edir – general çıxış yolu axtarır

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Akif Çovdarovun vəkili musavat.com-a açıqlamasında deyib ki, məhkəmədə vəsatətlə çıxış ediblər: “Bildiyiniz kimi, Akif Çovdarovdan zərər çəkdiyini deyən bir çox tikinti şirkətlərinin rəhbərləri var. Onların çoxu da dələduzluqda təqsirləndirilir. Biz də həmin tikinti şirkətlərinin dələduzluq əməlləri ilə bağlı mətbuatda yazılan məlumatları məhkəməyə təqdim etdik. Həmin məlumatlarda vətəndaşların çoxsaylı şikayətləri yer alır. Bu məlumatların da sübut kimi qiymətləndirilməsini istədik. Məhkəmə vəsatətimizi təmin etdi”.

Məhkəmədə Təranə Əmircanova şahid qismində dindirilib. Təranə Əmircanova Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun bacısıdır.

Əmircanova məhkəmədə deyib ki, “Yüksəliş Ç” MTK-dan ev aldıblar və dəyərini ödəyiblər. Həmin evi də qardaşı, Çovdarovun kürəkəni ona göstərib. Mənzilin pulunu da qardaşına verib. Bundan sonra həmin MTK-dan Samir adlı şəxs hazır müqavilə gətirib və imzalayıblar. Bundan sonra Əmircanova qardaşı Rəşaddan ödəniş qəbzini aldığını deyib.

Vəkillərin suallarını cavablandıran Əmircanova bildirib ki, həmin mənzili Akif Çovdarovun hədə-qorxusu ilə ələ keçirilməyib, dəyərini ödəyərək alıblar.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın