Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu

Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu

Ağstafa sakinləri Xəzər dənizində boğulub. ” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında  Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər  ailəsi  axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil  bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan  çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon  Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın