Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ağstafada zibillikdən tapılan bağlamanın içindən tüfəng, qumbara və güllələr çıxdı

Ağstafada zibillikdən tapılan bağlamanın içindən tüfəng, qumbara və güllələr çıxdı

Yanvarın 22-də saat 11:25-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 2 ədəd şübhəli bağlamanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd F-1 əl qumbarası (2 ədədi boş), 3 240 ədəd 5.45 mm-lik təlim məqsədli patronlar və 1 ədəd tir tüfəngi (TOZ-8) aşkar olunub, tüfəng Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib, hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …