Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Araşdırma / Ağır Cinayət işləri üzrə Bakı Məhkəməsində qayın-gəlin çəkişməsi başlayır

Ağır Cinayət işləri üzrə Bakı Məhkəməsində qayın-gəlin çəkişməsi başlayır

Sabah Ağır Cinayət işləri üzrə Bakı Məhkəməsində biznesmen Barat Abdullayevin həyat yoldaşı Təyminə Abdullayeva qarşı qaldırılmış cinayət işinin ilk iclası başlayacaq. 
Ovqat.com-un məlumatına görə, proses hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.
İttihamnaməyə görə, T. Abdullayeva saxta sənəddən istifadə etməklə özünəməxsus əmlakı başqasına satmış, dələduzluq etmiş və polisə müqavimət göstərmişdir. 
Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, əslində bu iş Təhminə Abdullayevaya qarşı təşkil edilmiş qərəzli məhkəmə prosesidir. Maraqlıdır ki, işi təşkil edən də başqası deyilmiş. Bildirildiyinə görə, Barat Abdullayevin qardaşı Nazim Abdullayev tərəfindən təşkil olunan bu işdə məqsəd onun əmlakını ələ keçirməkdir.
Mənbənin öz fikrini təsdiqləmək üçün irəli sürdüyü arqument isə olduqca sadədir: “Bir insan özünəməxsus əmlakı necə dələduzluq yoluyla mənimsəyə bilər, yaxud şəxsi əmlakının satışı başqalarına nə kimi ziyan vura bilər?”
Bir qadının iki polisə müqavimət göstərməsini isə mənbəmiz ümumiyyətlə inandırıcı hesab etmir: “45 kq çəkiyə malik insanın iki polisə müqavimət göstərməsi də absurd görsənir”.
Mənbəmizin dediyinə görə, Nazim Abdullayev polis, məhkəmə və prokurorluqdakı əlaqələrindən istifadə edərək Təhminə Abdullayevanı həbs təhdidilə əmlakından onun xeyrinə imtinasına nail olmaq niyyətindədir və bu işə bütün imkanlarını səfərbər edib.
Sabah ilk hazırlıq iclası keçiriləcək məhkəmə boyunca təfsilatlı məlumatlar verməyə çalışacağıq.
Ovqat.com
 
P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın