Ana səhifə / Araşdırma / Ağdaşda DYP-nin təqib etdiyi sürücü maşını aşırdı

Ağdaşda DYP-nin təqib etdiyi sürücü maşını aşırdı

Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaçmağa çalışan sürücü avtomobilini kanala aşırıb.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cücüklü kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının “saxla!” əmrinə tabe olmayıb. YPX əməkdaşları onu təqib etməyə başlayıblar. Yüksək sürətlə hərəkətdə olan sürücü idarəetməni itirib və avtomobili yolun kənarılndakı kanala aşırıb.

Nəticədə sürücü E.Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, E. Məmmədovun müalicə və müayinəsi davam edir, vəziyyəti ağırdır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın