Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ağdaşda arvadını döyən kişinin qulağını kəsdilər

Ağdaşda arvadını döyən kişinin qulağını kəsdilər

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın