Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / Ağdaş Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ – xəstə geri qaytarılıb

Ağdaş Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ – xəstə geri qaytarılıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında (RMX) it dişləyən sakinə quduzluq əleyhinə vaksin vurulmayıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, rayonun Abad kənd sakinini it dişləyib. Yaralı Ağdaş RMX-ya çatdırılıb. Ona xəstəxanada quduzluq əleyhinə vaksinin olmadığı bildirilib və xəstə geri qaytarılıb. Yaralı şəxsi vəsaiti ilə aptekdən vaksin aldıqdan sonra ona vaksin vurulacağı bildirilib. Xəstənin buna imkanı olmadığı üçün geri qayıdıb.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …