Ana səhifə / Araşdırma / Ağdamda müəllim niyə yandırıldı? – Təfərrüat

Ağdamda müəllim niyə yandırıldı? – Təfərrüat

Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılmasının təfərrüatları məlum olub.

Ağdam rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdam rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Trend-ə açıqlamasında bildirib ki, K.Vəliyeva aşağı ətrafın bud və baldır hissəsinin səthi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın