Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ağcabədidə orta məktəb müəlliməsi qaçırılıb

Ağcabədidə orta məktəb müəlliməsi qaçırılıb

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.
“Report” xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.
Rayon sakini 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.
Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.
Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin “102-Qaynar xəttinə” və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər. Hazırda rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın