Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Araşdırma / Ağcabədidə 14 yaşlı qızın müəmmalı intiharı

Ağcabədidə 14 yaşlı qızın müəmmalı intiharı

Xəbər verildiyi kimi Azərbaycanda daha bir yeniyetmə intiharı qeydə alınıb. Bu dəfə Ağcabədi rayonunda 14 yaşlı A. Şirinova canına qıyıb. Faciə rayonun Qaradolaq kəndində baş verib. Yeniyetmə qız özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Qaradolaq kəndi üzrə icra nümayəndəsi Mehman Cəfərov virtualaz.org-a intihar hadisəsinin hansı səbəbdən baş verməsinin məlum olmadığını deyib.

“Uşaq çox normal, sağlam uşaq idi, heç bir psixoloji problemi yox idi. Nədən belə etdiyini heç kim bilmir”, – icra nümayəndəsi deyib.

Qaradolaq kənd bələdiyyəsinin sədri Rüstəm Namazov da azyaşlının məktəbdə və ya ailədə hər hansı problem yaşamadığını deyib: “Hadisə ötən gün hamamda baş verib, inanmıram ki, ailənin xəbəri olsun.  Dünən axşam A. Şirinovanın oxuduğu məktəbin direktoru, rayonun Təhsil Şöbəsinin müdiri məktəbdə oxuduğu müddətdə onunla bağlı heç bir problem olmadığını dedilər. Özü də, çox intizamlı şagird olub. Elə yaxından əlaqəmiz olan ailə olmadığına görə, dəqiq deyə bilmirəm, amma mənim bildiyimə görə, uşağın ailədə də hər hansı problemi olmayıb”.

R. Namazov həmçinin bildirib ki, artıq faktla bağlı cinayət işi açılıb, polis və prokurorluq orqanları hadisəni araşdırır.

Ağcabədi rayonunda yeniyetmə qız intihar edib.

“Report” xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı A.Şirinova özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …