Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Araşdırma / Adnan Oktarın azyaşlı bacıları zorlaması haqda təfərrüatlar –VİDEO

Adnan Oktarın azyaşlı bacıları zorlaması haqda təfərrüatlar –VİDEO

Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın cinayətilə bağlı araşdırmalar davam edir.

BAKU.WS xəbər verir ki, cinayət işinin araşdırması zamanı maraqlı məqamlar ortaya çıxmaqdadır. “Haberler”in yazdığına görə, araşdırmalar zamanı məlum olub ki, Adnan Oktar “kedicik”lərilə bərabər yanında saxladığı kişilərdən də cinsi təcavüz məqsədilə istifadə edirmiş.

Belə ki, A.Oktar yanındakı kişilərə “kedicik”lərlə birlikdə cinsi əlaqədə olmağa göstəriş verib. Bu hal dəfələrlə baş verib.

Bundan başqa, araşdırmalar zamanı “Adnan Hoca”nın bir ailənin 3 gənc qızını necə tələyə saldığı məlum olub. Oktar mafiyası gənc qızlarla şənlikdə tanış olublar. 15, 16 və 17 yaşlı qızlar şənlikdə Oktarın işçilərilə tanış olublar. Məhz bu tanışlıq qızların həyatını qara günə qoyub.

Başlarına gələnlərdən danışan 17 yaşlı G.C baş verənləri belə xatırlayır:

“2012-ci ildə Beşiktaşda keçirilən şənlik mərasimində Ender Dabanla tanış olduq. O, bacımı tanınmış model edəcəyinə söz verdi. Daha sonra bizi Bora Yıldızla tanış etdi”, – deyə 17 yaşlı qız bildirib.

G.C. deyir ki, bir müddət sonra Kartal Göktanla tanış olub və qısa müddətdə onun sevgilisinə çevrilib:

“Kartal Göktanla sevgili oldum. Məndən həmişə çılpaq fotolarımı istəyirdə və ona istədiklərini göndərirdim. Bir müddət sonra bizi Oktarla tanış etdi”, – deyə qız bildirib.

A.Oktar bacılarla görüş zamanı onlara sataşır, qızları yanındakı oğlanlarla cinsi əlaqayə girməyə vadar edirmiş. Qızlar istəmədikdə isə onları biabırçı görüntülərlə şantaj ediblər.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.

Saxlanılan şəxslər azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Mövzu ilə əlaqədar xəbəri “Adnan Oktar və “kedicikləri” həbs edildi – BÖYÜK ƏMƏLİYYAT” adlı matrealdan oxuya bilərsiz.

VIPedu.BIZ

Həmçinin oxuyun

Arvadını 5-ci mərtəbədən atan yüksək vəzifəli şəxs bu məşhurun qohumudur – FOTO

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR …