Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Adnan Oktarın 30 illik “qara qutusu” olan qadından şok açıqlamalar… – FOTOLAR

Adnan Oktarın 30 illik “qara qutusu” olan qadından şok açıqlamalar… – FOTOLAR

Qrupun qara günləri başlayır – bütün cinayətlər bir-bir üzə çıxır

Türkiyədə bir neçə ittihamla həbsdə olan Adnan Oktarın “qara qutusu” adlandırılan Ece Koç dünən gecə Silivri türməsindən azadlığa buraxılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Adnan Oktarın beynəlxalq lobbi fəaliyyətlərinə cavabdeh olan qadın imamlardan Ece Koç etirafçı olub və 78 səhifə ifadə verib.

30 il təşkilatın içində olan Ece Koçun Adnan Oktarın təlimatları əsasında həyat yoldaşından ayrıldığı və uşağını 25 ildir görmədiyi üzə çıxıb. Dünən Silivri türməsindən azadlığa buraxılan Ece Koç 25 il görmədiyi oğluna qovuşdu.

Təşkilatın İsrail, ABŞ və FETÖ bağlantıları haqqında önəmli açıqlamalar verən Ece Koç Türkiyəyə gələn israilli iş və din adamları ilə bağlı etiraflar da edib.

Adnan Oktar’ın 30 yıllık kara kutusu itirafçı oldu

Bundan başqa, E.Koçun 78 səhifəlik ifadəsində təşkilatın turnike sistemi, qadınları kölələşdirmə və kiçik yaşda qız uşaqlarına cinsi istismar məsələlərində ciddi etiraflar edib. E.Koç eyni zamanda ifadəsində bildirib ki, A.Oktar vəkilləri vasitəsilə türmədən təşkilatı idarə edir. Vəkillər isə onlara etirafçı olmamaları ilə bağlı ciddi xəbərdarlıq və məsləhətlər verirlər.

A.Oktar qrupuna yönəlmiş istintaq çərçivəsində həbs olunan şübhəli E.Koç peşmanlıq maddəsindən yararlanaraq ifadə verdiyi üçün istintaqın tələbi ilə azadlığa buraxılıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu Adnan Oktar qrupuna yönəlmiş istintaq çərçivəsində bir-bir etirafçıların ortaya çıxması işin gedişi baxımdan olduqca faydalı sayılır.

Adnan Oktar’ın 30 yıllık kara kutusu itirafçı oldu

Çünki bu, A.Oktarın qrupuna qarşı iddiaların sübuta yetirilməsi üçün ciddi məqam sayılır. İstintaq çərçivəsində A.Oktarın da arasında olduğu 167 şübhəli həbs olunduğu halda, 13-ü haqqında ədliyyə nəzarət tədbiri tətbiq olunmaq üzrə azadlığa buraxılmışdı.

Oktarın “cinayət işləmək məqsədilə təşkilat qurma”, “uşağın cinsi istismarı”, “məqsədli cinsi hücum”, “şantaj”, “mal varlığı dəyərlərini ölkə xaricinə çıxarma” və “şiddət, təhdiddən istifadə edərək, insanı azadlığından məhrum etmək” ittihamlarından həbs olunmasına qərar verilmişdi.

Musavat.com E.Koçun istintaqa verdiyi ifadəni də oxuculara çatdıracaq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …