Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Adam döyməyə görə cəza sərtləşir

Adam döyməyə görə cəza sərtləşir

Azərbaycanda adam döyməyə görə həbs müddəti artrılır.

Milli Məclisdən “Trend”ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Hazırda döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə tətbiq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunur.

Yeni dəyişikliklərdə isə bu müddətin 2 ayadək olması təklif edilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın