Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Abxaziyada güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı

Abxaziyada güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı

Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, bir sıra cinayətdə ittiham olunur.

Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.

Bu arada Lent.az-a “Gəncinski” ilə bağlı maraqlı məlumat daxil olub. Əməkdaşımızın xahişiylə Suxumidə fəaliyyət göstərən həmkarlarımızdan biri “Rəşad Gəncinski”nin müalicə aldığı xəstəxanayla əlaqə saxlayıb. Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan həmkarımıza bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın