Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / ABŞ-ın Bakıdakı səfirliyi qarşısında insident – “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi qarşısında insident – “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

APA-nın məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb. 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın