Ana səhifə / Araşdırma / ABŞ-da öldürülən Nail kimdir? – Fotolar

ABŞ-da öldürülən Nail kimdir? – Fotolar

Xəbər verdiyimiz kimi, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.

Məlumata görə, N. Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. Mərhum Dövlət Neft Akademiyasını (ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət “Reading” bankında çalışıb. Son zamanlar isə “Citizens bank”da fəaliyyət göstərib.

Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.

Qeyd edək ki, “gofundme” saytında N. Salamovun uşaqlarına maliyyə dəstəyi üçün ianə kampaniyasına başlanılıb. Toplanmış vəsait onun atası İlham Salamova təqdim ediləcək.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …