Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Abel Məhərrəmovun milyonluq müklərinin SİYAHISI – İLGİNC

Abel Məhərrəmovun milyonluq müklərinin SİYAHISI – İLGİNC

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Unikal.org 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.

Binəqədidə Varovski deyilən ərazidə iki villası;

Quba rayonunda – 1 villası;

Xızı rayonunda – 1 villası;

Nabranda – 1 villası;

Şüvəlan qəsəbəsində – 1 villası;

Mərdəkan qəsəbəsində – 1 villası;

Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villası;

Nərimanov rayonunda yerləşən – “Monaliza” şadlıq sarayı;

8 mikrorayonda restoranı.

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …