Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / 96 minlik dələduzluq… – Hökm oxundu

96 minlik dələduzluq… – Hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Məcidov, Həmidxan Mürvətov və Faiq Sadıqovun cinayət işu üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Sadıqov 9 il, H.Mürvətov 10 və T.Məcidov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Meyniman-1” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Həmidxan Mürvətovun qanunsuz hərəkətləri barədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, H.Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan 9 fevral 2012-ci il tarixli sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 km uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin rəhbərlik etdiyi cəmiyyət tərəfindən sökülərək metal qəbulu məntəqəsinə təhvil verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə guya razılığa gəlmələri barədə 15 fevral 2012-ci il tarixli saxta alqı-satqı müqaviləsi hazırlayıb.

Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı cinayəti həyata keçirmək məqsədilə H.Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirib.

Bundan sonra H.Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini Quliyev İlqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdara özgə əmlakını ələ keçirməyə cəhd edib.

Fakta görə Cinayət Məcəlləsinin 29, 178.2.3, 178.3.2-ci (dələduzluq yolu ilə qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını ələ keçirməyə cəhd) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın